Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş “SpaceX” əməkdaşları qayıqların istehsalında yenilik edəcək

Keçmiş “SpaceX” əməkdaşları qayıqların istehsalında yenilik edəcək

Tarix: 14 Avqust 2021 22:44

İlon Maskın "SpaceX" şirkəti ilə əlaqəli bir qrup mühəndis Teslanın uğurunu təkrarlamaq qərarına gəlib. Onlar elektrikli avtomobillər əvəzinə tullantılsız qayıqlar istehsal etmək niyyətindədir.

Bu məqsədlə elektrikli qayıqların yaradılmasında, raket hazırlamasıda iştirak edən mühəndislərinin təcrübəsini sınaqdan keçirmək üçün "Arc Boats" şirkəti qurulub.

Şirkət artıq 4,25 milyon dollar maliyyə toplayıb və ilin sonuna qədər ilk modelini satmağı planlaşdırır. Yeni şirkətin qurucularından olan Mitç Linin sözlərinə görə, su nəqliyyat vasitələrinin sənayesi hal-hazırda, avtomobillərin 15 il əvvəl olduğu yerdədir. Qayıq mühərriklərin istehsalında ediləcək inqilab, daha səssiz və daha sürətli modellər yaratmağa imkan verrəcək. Komanda artıq biliklərindən istifadə edərək, gövdəsi yüngül olan və ucuz başa gələn yeni yüksək performanslı elektrikli qayıq hazırlayır. 300.000 dollar qiymətində olan "Arc One" qayığı ilkin olaraq məhdud sayda satışa çıxarılıb və tamamilə alüminiumdan hazırlanacaq.

"Deyerler.org"


Etiketlər:  Keçmiş SpaceX əməkdaşları qayıqların istehsalında yenilik edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ