Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2021 10:26
Türkiyədə sel fəlakətindən ölənlərin sayı 70 nəfərə çatıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
"Sel 70 vətəndaşımızın ölümünə səbəb oldu (Kastamonuda 60, Sinopda 9, Bartında 1 nəfər)", - deyə qurumdan verilən açıqlamada qeyd olunub.
Bundan əvvəl 64 nəfərin təbii fəlakət qurbanı olduğu bildirilmişdi.
AFAD sel fəalkətində xəsarət alan 8 nəfərin isə xəstəxana şəraitində müalicəsinin davam etdirildiyini bildirib.