Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Barselonada hoteldə güclü partlayış oldu

Barselonada hoteldə güclü partlayış oldu

Tarix: 16 Avqust 2021 18:24

İspaniyanın Barselona şəhərində güclü partlayış olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə "Petit Palace" adlı hoteldə, Bokeriya bazarının yaxınlığında baş verib. 

Kataloniya polisinin öz rəsmi tvitter hesabında yaydığı məlumata görə, partlayış nəticəsində ağır yalanan olmayıb. Binanın konstruksiyasına isə zərər dəyməyib. 

Hazırda regional polis insidentlə bağlı araşdırma aparır. Hüquq-mühafizə orqanları hadisənin terror aktı olduğunu düşünməsə də, bu variantı istisna etmir. Bildirilir ki, hazırda hotelin içərisindəki insanlar təxliyyə edilir.

Milli.Az


Etiketlər:  Barselonada hoteldə güclü partlayış oldu


RƏYLƏR