Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kabildən havaya qalxan təyyarənin üzərində cəsəd aşkarlandı

Kabildən havaya qalxan təyyarənin üzərində cəsəd aşkarlandı

Tarix: 17 Avqust 2021 18:30

Ölkədən qaçmağa çalışan bir əfqanın cəsədi Kabildən havaya qalxan "C-17" hərbi-nəqliyyat təyyarəsinin şassi hissəsində aşkarlanıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Politico" yayıb. İlkin versiyalara görə, həlak olmuş bu şəxs Əfqanıstandan qaçmağa çalışaraq özünü təyyarənin şassi hissəsinə bağlayıb.

Jurnalistlərin verdiyi məlumata görə, təyyarə hazırda istismara yararlı deyil. Bu gün sosial şəbəkələrdə məhz "C-17" tipli təyyarənin göyərtəsindən çəkildiyi ehtimal edilən video yayılıb. Kadrlardan təyyarənin şassi hissəsində bir şəxsin cəsədinin olduğu görünür. 

Qeyd edək ki, artıq bir neçə gündür ki, Kabilin hava limanında xaos hökm sürür. "Taliban" hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ keçirdikdən sonra Əfqanıstan sakinləri paytaxtın yeganə hava limanına axışıb. Xaos səbəbindən azı 7 nəfərin həlak olduğu bildirilir.


Etiketlər:  Kabildən havaya qalxan təyyarənin üzərində cəsəd aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ