Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişilərin də qadın hormonlarına ehtiyacı var

Kişilərin də qadın hormonlarına ehtiyacı var

Tarix: 19 Avqust 2021 07:03

İtalyan həkimi Coel Finkelşteyn kişilərdə rastlanan andropoz  xəstəliyinin təkcə testosteron hormonunun azlığı ilə deyil, həmçinin estrogen azlığı ilə əlaqəli olduğunu qeyd edib.

"New England Journal of Medicine" dərgisinidə yaşları 20-50 arası kişilər üzərində aparılmış tədqiqatların nəticəsi dərc olunub. Tədqiqat zamanı kişilərin yarısına testosteron geli və yaxud qarağat siropu xüsusiyyətinə malik gel, digər yarısına isə testosteronun estrogenə çevrilməsinə mane olan  dərman verilib.  16 həftə sonra bilinən nəticəyə əsasən, kişilərin cinsi cəhətdən zəifləməməsi üçün testosteronla yanaşı estrogenə də ehtiyacı olduğu müəyyən olunub. Belə ki, kişilərdə cinsi hormon olan testosteronun yarısı estrogenə çevrildiyinə görə, bu, onlarda cinsi hormonun azalmasına səbəb olur və kişilər cinsi cəhətdən zəifləyirlər. Bunun qarşısını almaq üçün kişilərin qadın hormonuna ehtiyacı var.


Etiketlər:  Kişilərin qadın hormonlarına ehtiyacı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ