Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 07:12
Qadınların qorxulu yuxusu olan döş xərçəngi riski yaşla birlikdə artır. Demə, bu xəstəliyin riskini artıran bir nəsnə də həddən çox spirtli içki qəbul etməkdir.
Anadolu Sağlıq xəstəxanasının ümumi cərrahiyə şöbəsinin həkimi Kemal Raşa nəsillərində genetik olaraq xərçəng xəstəiyi olmayan insanların 40 yaşından sonra ardıcıl olaraq müayinədən keçməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, döş xərçənginin müayinəsində uğurun "açarı" olan erkən diaqnoz üçün 40 yaşından etibarən hər il mamoqrafiya, ultrason müayinəsi mütləqdir. Hər bir qadın isə 20 yaşından başlayaraq hər ay özü özünə döş müayinəsi etməlidir. Risk faktorlarına sahib qadınlar, məsələn, ailəsində döş xərçəngi olan və hormonlardan istifadə edənlər özəl risk qrupuna daxil olduqları üçün 20 yaşından başlayaraq mütəmadi həkim müayinəsindən keçməlidirlər.
Həkim bildirib ki, döş xərçənginin diaqnozu üçün mamoqrafiya vacib olsa da, bəzən bütün şişlər bu aparatla görünmür. Yəni, döşdə şiş olmasına rəğmən, mamoqrafiya nəticələri təmiz çıxa bilər. Buna görə mamoqrafiya ilə yanaşı ultrasonoqrafiya da əhəmiyyətlidir.
Kerim Raşa kimlərin risk qrupunda olduğunu da söyləyib: "Nəslində döş xərçəngi xəstəliyi olanlar, həddən çox spirtli içki qəbul edənlər, menopauza dövründən sonra düzənli idmanla məşğul olmayanlar, özəlliklə qarın bölgəsində artan yağ həcminə malik olanlar risk qrupuna daxildirlər.
Döş xərçənginə yoluxma riskini azaltmaq üçün həkim Kerim Raşa qadınlara 30 yaşından öncə övlad dünyaya gətirməyi, doğuşdan sonra südləri gəldikcə övladlarını əmizdirməyi, ideal çəkilərini qorumağı, normal şəkildə idmanla məşğul olmağı, menopauzadan sonra hormonal dərmanlar qəbul etməməyi, spirtli içkinin qəbuluna nəzarət etməyi məsləhət görüb.