Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid Kamran İsgəndərli Vətən müharibəsində böyük şücaət göstərib - VİDEO

Şəhid Kamran İsgəndərli Vətən müharibəsində böyük şücaət göstərib - VİDEO

Tarix: 19 Avqust 2021 12:48

İki dəfə  yaralansa da, döyüş meydanını tərk etmədi. Bütün varlığı ilə döyüşdü və sonda ürəyindən vurularaq şəhid oldu.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə ucalmış Kamran İsgəndərlidən gedir.

Qəhrəmanımız 1997-ci ildə Cəlilabad rayonunda anadan olub. Ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olub. Torpaqlarımızın işğal altında olması ilə heç zaman barışmayan Kamran 2-ci Qarabağ döyüşləri başlayanda könüllü olaraq cəbhəyə yollanıb.

Kamran İskəndərlinin döyüş yolu Füzulidən başlayıb. İgidimiz ötən il oktyabrın 22-ə  kimi Füzuli, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib.  O, Zəngilanda şəhidlik zirvəsinə ucalıb.

Qəhrəman şəhidimiz Kamran İsgəndərli ölümündən sonra  "Vətən uğrunda",  "Fizulinin azad olunmasına görə'' və ''Xocəvəndin azad olunmasına görə'' medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az


Etiketlər:  Şəhid Kamran İsgəndərli Vətən müharibəsində böyük şücaət göstərib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ