Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2021 18:26
ABŞ Qvineya-Bisau silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi Antonio İndjai haqqında məlumat verəcək şəxsə 5 milyon dollar mükafat ödəməyə hazırdır.
Sonxeber.net Axar.az-a istinbadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.
"ABŞ Dövlət Departamenti Qvineya-Bisau vətəndaşı Antonio İndjainin tutulması və ya ona qarşı məlumat verəcək şəxsə 5 milyon dollara qədər mükafat təklif edir", - o qeyd edib.
Bildirilir ki, İndjai narkotik ticarəti, sui-qəsd, kokain idxalı, xarici terror təşkilatına maddi dəstək vermək kimi cinayətlərdə ittiham olunur.