Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 06:36
İngiltərədə sevgilisindən ayrılan Filippa Kopeston Varren adlı qadın, ayrıldığı kişinin başqa biriylə münasibət qurduğunu öyrənəndə dəhşətli plan qurub.
Sonxeber.net Metbuat.az-a istinadən xəbər verir ki, o, kiber hücum vasitəsiylə kişinin evinə səsli qoşulub. Məlumata görə, 46 yaşlı qadın kişinin evdə olmadığı vaxtlarda evə səs ötürərək onun sevgilisini qorxutmağa çalışıb. Kiber hücum vasitəsilə evin işıqlarını söndürüb-yandıran, texnikalara müdaxilə edən qadın, qızdan evi tərk etməsini istəyib. Nəticədə o məqsədinə nail olub.
Bir müddət sonra kişi məsələdən xəbər tutub. Hadisə barədə məhkəmə davam edir.