Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2019 16:42
Bakı. Elçin Mehdiyev – Trend:
Beyləqan rayonunda 187 hektar nar bağında aparılan müşahidələr zamanı meyvə bağlarında zərərli orqanizmlərdən olan mənənə və yastıcalar aşkarlanıb.
Trend-in məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən növbəti fitosanitar müşahidələr Beyləqan rayonunda aparılıb
Sahibkarlara aqrokimyəvi maddələrdən istifadə, pestisidlərlə işləyən zaman əməl edilməli təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib. Bildirilib ki, sitrus bitkilərinə zərər verən orqanizmlər və onlara qarşı mübarizə tədbirləri yüksək məhsuldarlığa nail olmaq və fitosanitar sabitliyi qorumaq baxımından çox vacibdir.
Görüş çərçivəsində Agentlik mütəxəssisləri tərəfindən sitrus bağlarında müşahidələr aparılıb, təsərrüfat sahiblərinə lazımi tövsiyyələr veriilib.
Təsərrüfat sahiblərinə kimyəvi preparatlardan istifadə qaydaları və təhlükəsizlik tədbirləri barədə məlumatlar verilib, onlara Agentliyin bu mövzuda hazırladığı maarifləndirici məlumatlar təqdim olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin