Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycanın Avropaya satdığı qazın həcmi açıqlanıb

Bu il Azərbaycanın Avropaya satdığı qazın həcmi açıqlanıb

Tarix: 24 Avqust 2021 13:04

Bu il yanvar-iyul aylarında Azərbaycan Avropaya təqribən 4 milyard kub metr qaz ixrac edib.

Energetika Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, hesabat dövründə ümumilikdə xaricə qaz satışı təxminən 10,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur.

O cümlədən, bu ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kub metrdən çox qaz nəql olunub.


Etiketlər:  Azərbaycanın Avropaya satdığı qazın həcmi açıqlanıb


RƏYLƏR