Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anomal hava şəraiti insan sağlamlığına zərər vurur - VİDEO

Anomal hava şəraiti insan sağlamlığına zərər vurur - VİDEO

Tarix: 24 Avqust 2021 14:08

Əvvəlki illərlə müqayisədə bu il avqust ayında isti günlərin sayı artıb. Xüsusilə bir neçə gündür paytaxtda temperatur 35 dərəcədən yüksəkdir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, temperatur yüksəldikcə havadakı su buxarının miqdarı da artır və nəticədə axşam saatlarına rütubət çoxalır. 

Mütəxəssislərin fikrincə, havada rütubətin artmasının insan sağlamlığına bir sıra zərəri var. Xüsusilə xroniki ağciyər xəstəlikləri, bronxial astma, ürək-qan damar xəstəlikləri olanlar, yüksək təzyiqli xəstələr və oynaq aparatında ciddi xəstəlikləri olanlar özlərini pis hiss edə, xroniki agrıları olanlar isə bu günlərdə ağrıların daha çox olmasından şikayət edə bilərlər.

Terapevt Mətanət Cəfərova deyib ki, rütübətlilik ciddi və qalıcı fəsadlar yaratmır. Sadəcə olaraq bu dönəmdə vətəndaşlar bir qədər diqqətli olsalar bu cür halların öhdəsindən daha asanlıqla gələ bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 


Etiketlər:  Anomal hava şəraiti insan sağlamlığına zərər vurur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ