Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriyada ölkənin qərb ərazisinə raket zərbəsi endirildiyi bildirilib

Suriyada ölkənin qərb ərazisinə raket zərbəsi endirildiyi bildirilib

Tarix: 16 Avqust 2019 03:48

Bakı. Trend:

Suriyanın hava hücumundan müdafiə sistemləri Həma vilayətindəki Masyaf şəhərinə raket hücumunu dəf edib.

Trend-in məlumatına görə, bu barədə Suriyanın dövlət kanalı "Syria TV" bildirib.

Məlumata əsasən, raket şəhərin üstündən keçdiyi zaman mehv edilib.

Bildirilir ki, "düşmən raketi yerli vaxtla saat 23:06-da Livanın hava məkanından Masyaf şəhəri istiqamətinə buraxılıb.

Maddi ziyan və ya xəsarət barədə hələ məlumat verilməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Suriyada ölkənin qərb ərazisinə raket zərbəsi endirildiyi bildirilib


RƏYLƏR