Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim: “Xəstələr COVID-dən yox, preparatların toksiki təsirindən dünyasını dəyişib”

Həkim: “Xəstələr COVID-dən yox, preparatların toksiki təsirindən dünyasını dəyişib”

Tarix: 25 Avqust 2021 14:02

"Koronavirusa təsir edən konkret antiviral preparat mövcud deyil. Baxmayaraq ki, protokollarda bir sıra dərmanlar yazılıb, həmin antiviral dərmanları protokollara yazan həkim də yaxşı bilir ki, virusa təsir edən konkret dərman yoxdur".

Sonxeber.net bildirir ki, bunu Azvision.az-a açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib. 

O bildirib ki, "Favipiravir", "Remdesivir" və s. kimi preparatların koronavirusa təsiri elmi-tədqiqatlarla sübuta yetirilməyib:

"Bu preparatlar ev şəraitində necə gəldi yazılır. Hətta həkimin göstərişi olmadan xəstələr özləri alıb, qəbul edirlər.

İnsanların sanki beyninə yeriyib ki, bu preparatları alıb qəbul etsələr, sağalacaqlar. İxtisasından asılı olmayaraq bütün həkimlər də bu dərmanları xəstələrə lazım oldu-olmadı təyin edirlər".

Həkim-infeksionist vurğulayıb ki, çox sayda xəstələr bu preparatları qəbul etmədən sağalırlar:

"Antiviral preparatların olmayan xeyrindən çox, yan təsirləri həddən artıq çoxdur. Hələ dünyada adi "herpes" virusunu məhv edən dərman preparatı tapılmayıb, qalmışdı ki, koronavirusuna qarşı tapılsın.

Bəlkə də zaman gələcək, sübut olunacaq ki, bu antiviral preparatlar COVID-in müalicəsində düzgün tətbiq edilməyib. Neçə-neçə xəstə COVID-dən yox, bu preparatların toksiki təsirindən dünyasını dəyişib".


Etiketlər:  Həkim Xəstələr COVID dən preparatların toksiki təsirindən dünyasını dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ