Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 23:06
ABŞ-ın Rusiyadakı səfirliyi "kadr çatışmazlığı"nı əsas gətirərək, viza verilməsini, demək olar ki, tamamilə dayandırıb. Rusiya XİN bununla əlaqədar təəssüfləndiyini bildirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə məlumat Rusiya XİN-in saytında yer alıb.
"Bu qərar əslində konsulluq işçilərinin köməkçisi qismində yerli kadrlardan istifadəyə qadağa qoymuş hökumətə qarşı cavab addımı kimi yönəlib", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ nümayəndəliyi Rusiyanın sanksiyalara cavab tədbirləri səbəbindən mayın 12-dən etibarən diplomatik səfərlər istisna olmaqla, qeyri-immiqrasiya vizalarının verilməsi üçün müraciətlərə baxılmayacağını elan etmişdi.