Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilərin viran qoyduğu Ağadədə məzarlığı ilk dəfə görüntüləndi - FOTO

Ermənilərin viran qoyduğu Ağadədə məzarlığı ilk dəfə görüntüləndi - FOTO

Tarix: 26 Avqust 2021 16:40

Ermənistanda azərbaycanlılara məxsus tarixi irsin məhv edilməsi prosesi uzun illərdir davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu müddətdə ermənilər tarixi Azərbaycan torpaqlarındakı bir çox abidəni, məscidləri, məzarlıqları viran qoyublar.

Ancaq ermənilər hər nə qədər çalışsalar da, bu izləri tamamilə silmək mümkün olmayıb.

Britaniyalı səyyah-fotoqraf Qurdip Mattu Zəngibasar mahalının Uluxanlı qəsəbəsinin ərazisindəki Ağadədə ziyarətgah-məzarlığında olub. Fotoqrafın çəkdiyi fotolardan məzarlığın demək olar ki, tamamilə dağıdıldığı müşahidə olunur.

Görünür, qəbiristanlığın bu hissəsinin çay sahilində olması əraziyə girişi çətinləşdirdiyi üçün azərbaycanlılara məxsus məzarlıqda məzar daşlarının bəzi hissələri erməni vandallığının qurbanı olmaqdan xilas olub.

Milli.Az


Etiketlər:  Ermənilərin viran qoyduğu Ağadədə məzarlığı ilk dəfə görüntüləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ