Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bunu deyəni məhkəməyə verib, hər şeyini əlindən alaram''

''Bunu deyəni məhkəməyə verib, hər şeyini əlindən alaram''

Tarix: 26 Avqust 2021 18:35

"Məni o qədər səviyyəsiz, kasıb bilirsiniz ki, elə bir şeylə arıqlayım? Bunu deyəni məhkəməyə verib, hər şeyini alaram. İstədiyim təzminatı ala bilərəm. Qandan analiz verib, yoxlamaq asandı. Ağzınıza gələni danışmayın. İllərdir idman edirəm, bunu görmürsünüz? Yeyib-içdiyimə fikir verirəm. Şirniyyatı qida rasionumdam çıxarmışam. Dilinizə indi də təzə söz düşüb - patı. yalandan şər atıb, tənqid edilib, özünüzə niyə belə neqatib götürürsünüz?".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda deyib. İzləyicilərdən birinin yazdığı "Patı ilə arıqlayır" sözünə əsəbiləşən sənətçi ona sərt sözlər deyib.  

Pərvin sosial şəbəkədə kişilərin xanımların ünvanına təhqir yazmasından danışıb. O, "Varlı oğlan kasıb qız almır" sözlərinə belə cavab verib:

"Kasıb qızı istəyən varlı oğlanlar da var. Onlar kasıblıqdan varlılığa ucalanlardır. İşləyirlər, özləri qazanırlar.

Bəziləri də var ki, işləyən, maşını olan qadını aşağılayır. Deyir, gedib "Range Rover", "Porsche", "Bentley" sürür, təhqir yazır. Bunlar işləməyən, avaralardır. İnstaqramda oturub, qadınların pulunu sayır. Buna görə də onlarda aqresivlik yaranır".


Etiketlər:  Bunu deyəni məhkəməyə verib hər şeyini əlindən alaram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ