Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraq 200 milyard dollarını tələb edir

İraq 200 milyard dollarını tələb edir

Tarix: 27 Avqust 2021 11:08

İraq hökuməti qanunsuz yollarla ölkədən çıxarılmış 200 milyard dollar həcmindəki milli sərvətini geri qaytarmaq niyyətindədir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu İraqın maliyyə naziri Əli Ələui hökumətin iclası zamanı bəyan edib.

O bildirib ki, sözügedən vəsaitlərin arasında Səddam Hüseynin aktivləri də var.

Nazirin sözlərinə görə, təkcə Livan Mərkəzi Bankında vaxtilə İraqdan köçürülmüş 20 milyard dollar yoxa çıxıb.

Qeyd edək ki, İraqın 2021-ci il üçün dövlət büdcəsi 90 milyard dollar, büdcə kəsiri isə 20 milyard dollar səviyyəsində təsdiqlənib. Odur ki, hökumətin geri qaytarmaq istədiyi vəsaitlər üç illik dövlət büdcəsindən də çoxdur.


Etiketlər:  İraq milyard dollarını tələb edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ