Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2019 12:16
“Instagram” sosial şəbəkəsi tərəfindən təqdim ediləcək yeni funksiya istifadəçilərə şübhəli məzmun haqqında məlumat verməyə imkan verəcək. Bundan sonra isə mütəxəssislər həmin məlumatın doğru olub-olmadığını təhlil edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, funksiya hər bir postun sağ yuxarı küncündə yerləşən "üç nöqtə" düyməsinə sıxarkən açılan menyuda əlçatan olacaq. Menyuda "uyğun olmayan məlumatlar" və "yanlış informasiya" düymələri olacaq. Saxta məzmun haqqında məlumat verildikdən sonra həmin material ekspertlər tərəfindən yoxlanılacaq.
Yanlış informasiyadan ibarət postlar silinməyəcək, ancaq onların yayılması məhdudlaşdırılacaq.
Emil Hüseynov