Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abşeronda minik maşını yük maşınına çırpılıb - 1 ölü

Abşeronda minik maşını yük maşınına çırpılıb - 1 ölü

Tarix: 16 Avqust 2019 13:06

Bakı. Trend:

Abşeron rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 15-də saat 5 radələrində Abşeron rayonunun Çaylı kəndi ərazisində Bakı şəhər sakini Sənan Xəlili idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən, Şamaxı rayon sakini K.Musayevin idarə etdiyi “Tatra” markalı (yük) avtomobilə vurub və zərbədən “Hyundai” markalı avtomobilin mühərrik hissəsində yanğın baş verib.

Nəticədə S.Xəlili hadisə yerində ölüb, mühərrikin yanar konstruksiyaları yanıb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.


Etiketlər:  Abşeronda minik maşını yük maşınına çırpılıb 1 ölü

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ