Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstriyalı virusoloq: Hazırkı tədbirlər pandemiyanın qarşısının alınması üçün yetərli deyil

Avstriyalı virusoloq: Hazırkı tədbirlər pandemiyanın qarşısının alınması üçün yetərli deyil

Tarix: 29 Avqust 2021 19:10

Avstriyalı virusoloq Dorotee fon Laer koronavirusla bağlı ölkədəki gedişatla bağlı narahatlıq bildirib.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, mütəxəssis hazırkı inkişafın kütləvi yoluxma ilə müşayiət olunan payız dalğasına doğru getdiyini bildirib. Qeyd edilib ki, hökumət tərəfindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlər yetərli deyil və yoluxma statistikası artaraq davam edəcək. D. fon Laer yeni lokdaunun mümkünlüyü barədə də xəbərdarlıq edib.

Virusoloq bildirib ki, "Delta" ştamının özü ilə gətirdiyi effektivliyi ciddi şəkildə nəzərə almaq lazımdır. İndiki mərhələdə nə qədər insanın tez bir zamanda peyvənd olunması mühüm əhəmiyyət daşıyır. Yalnız bu yolla qarşıdakı dalğanı zəiflətmək və mümkün lokdaun variantlarının qarşısını almaq olar.

D. fon Laer, həmçinin qeyd edib ki, hazırda Avstriyada əhalinin 70 faizinin koronavirusa qarşı immun olduğu qənaətindədir. Onların əsas hissəsi peyvənd olunanlar, az bir hissə isə xəstəlikdən sağalanlardır.

Virusoloq bildirib ki, ölkə əhalisinin daha 10 faizi qışa kimi peyvənd olunarsa və həmçinin risk qrupuna daxil olan şəxslər təkrar peyvəndləmədə iştirak edərlərsə, o zaman qarşıdakı qış mövsümünü ağır fəsadlar olmadan keçirmək mümkün olacaq.

Qeyd edilməlidir ki, Avstriyada iyulun əvvəlində gündəlik yoluxmaların sayı təxminən 100 olub və indi 1500 haldan yuxarıdır. Son həftələrin artım tendensiyası payız aylarında ölkədəki epidemioloji vəziyyətin gərginləşə biləcəyinə dəlalət edir.


Etiketlər:  Avstriyalı virusoloq Hazırkı tədbirlər pandemiyanın qarşısının alınması üçün yetərli deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ