Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstanın ali lideri olacaq şəxsin adı açıqlandı

Əfqanıstanın ali lideri olacaq şəxsin adı açıqlandı

Tarix: 31 Avqust 2021 21:38

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı Molla Hibatullah Axundzadənin ölkənin ali lideri olacağını planlaşdırır.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə News18 məlumat yayıb.

Bildirilir ki, "Taliban" hakimiyyəti qismən İran modeli üzərində təşkil etmək niyyətindədir: ali lider dövlət başçısıdır, eyni zamanda ən yüksək siyasi və dini hakimiyyətdir. İcra hakimiyyətinə Axundzadənin müavinlərindən biri olacaq baş nazir rəhbərlik edəcək. Müavinlər qruplaşmanın siyasi ofisinə rəhbərlik edən Molla Əbdül Qani Bəradər və Molla Ömərin oğlu Molla Yaqubdur.

Qeyd edək ki, Axundazdə heç vaxt açıq çıxış etməyib və harada olduğu bilinmir.


Etiketlər:  Əfqanıstanın lideri olacaq şəxsin adı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ