Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray" Radamel Falkao ilə yollarını ayırdı

Tarix: 1 Sentyabr 2021 09:34

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Radamel Falkao ilə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, 35 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Kolumbiyalı oyunçunun İspaniyanın "Rayo Valyekano" klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, Radamel Falkao 2019-cu ilin sentyabrından "Qalatasaray"da oynayır. O, "sarı-qırmızılar"ın heyətində 43 matçda iştirak edib, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Etiketlər:  Qalatasaray Radamel Falkao ilə yollarını ayırdı


RƏYLƏR