Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 18:32
Sabahdan etibarən COVID- 19 pasportu olmayan insanlar üçün qadağalar tətbiq olunacaq. Müəyyən səbəblərdən vaksin vurdura bilməyən şəxslər üçün isə "Əks göstəriş sertifikatı" verilməliydi. Amma bu sertifikatların verilməsi prosesi hansısa səbəblərdən gecikir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, 19 saylı Şəhər Poliklinikasının baş həkiminin müavini Yeganə Cəfərova deyib ki, saxta müraciətlərin qarşısını almaq üçün hər bir poliklinikada komissiya yaradılıb. Təqdim olunan sənədlər əvvəl orada yoxlanılır, sonra isə Səhiyyə Nazirliyi yanında tibbi komissiyaya göndərilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: