Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 12:06
2020-ci ilin dekabrında erməni girovluğundan azad edilən Şahbaz Quliyevin ikinci dəfə ailə qurması ilə bağlı xəbərlər yayılıb. Onun şad günündən fotolar sosial şəbəkələrdə paylaşılıb.
Sonxeber.net xəbər verir ki, Ş.Quliyevin özü "Sherg.az"a hələ toy məclisi təşkil etmədiyini, bunun üçün anasının ilinin çıxmasını gözlədiyini söyləyib:
"Birinci xanımım mən əsirlikdən qayıtdıqdan sonra getdi. O, sağ qayıdacağıma inanmırdı. Burada ona yaxşı hörmət etdilər. Lakin mənim xəstəliklərimə, çətinliklərə dözmədi. Ərizə yazdı, boşandıq. Qızım yanımdadır, burada oxuyacaq. Səhhətimlə bağlı problemlərim var, yardımçı olmağa bir insan lazımdır. Şahbaz Quliyev kefindən yox, zülmündən evlənir. İndi nişanlanmışıq, anamın ili çıxandan sonra toy edəcəm. Bu informasiyanın yayılmasını istəməzdim, çünki ailəmi tənqid edirlər".