Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş nazir: ''Bütün ölkəni 1 saata bağlaya bilərəm...''

Baş nazir: ''Bütün ölkəni 1 saata bağlaya bilərəm...''

Tarix: 4 Sentyabr 2021 18:46

"Bütün ölkəni 1 saat ərzində bağlaya bilərəm, amma bu həll yolu deyil".

Sonxeber.net xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, proses yaxşı idarə olunur və bu gün iqtisadiyyatlarını açan bütün ölkələr 4 -cü və 5 -ci dalğalardan keçiblər:

"Xatırlatmaq istərdim ki, əvəllər məndə Koordinasiya Şurasının üzvü idim, bütün hökumət bu prosesə rəhbərlik edirdi, ölkədə peyvənd yox idi və bütün ölkə bağlandı.

Ölkəni bağlamaqda çətin bir şey yoxdur, bütün ölkəni 1 saata bağlaya bilərəm, amma bu həll yolu deyil.

Əhaliyə seçim gətirdik, 3 milyondan çox "Sinopharm", "Sinovak", "Pfizer" "AstraZeneca" peyvəndləri gətirdik və bu seçimi əhalinin özü etməlidir. Peyvənd etmək, maska taxmaq və hamımızı qorumaq lazımdır. Bu gün ölkəni kilidləmək qeyri mümkündür, yalnız nöktə məhdudiyyətlər tətbiq oluna bilər. Vəziyyət sabitləşəcək, bütün dünya oxşar yolu keçib", - deyə İ. Qaribaşvili bildirib.


Etiketlər:  Baş nazir Bütün ölkəni saata bağlaya bilərəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ