Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 16:14
Rusiyada son sutkada daha 17 856 nəfər COVID-19-a yoluxub.
Sonxeber.net bildirir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 7 030 455 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 790 nəfər artaraq 187 990-a yüksəlib.
Rusiyada indiyədək koronavirusa yoluxan 6 285 007 nəfər sağalıb.