Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''nin futbolçusu Qvineyada hərbi çevrilişə görə Bakıya qayıda bilmir

''Neftçi''nin futbolçusu Qvineyada hərbi çevrilişə görə Bakıya qayıda bilmir

Tarix: 6 Sentyabr 2021 17:36

"Neftçi"nin futbolçusu Mamadu Kane Qvineyadakı hərbi çevrilişə görə ölkəni tərk edə bilmir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, DÇ-2022-nin seçmə mərhələsində Mərakeşlə oyun üçün Qvineyada olan 24 yaşlı yarımmüdafiəçinin Azərbaycana gəlməsinə FİFA heç cür köməklik göstərə bilməyəcək.

Adıçəkilən ölkədə qalan bir neçə oyunçunun klubu bununla bağlı ali futbol qurumuna müraciət etsə də, cavab ürəkaçan olmayıb. FİFA bunda məsuliyyət daşımadığını, yalnız təşəbbüs göstərə biləcəyini açıqlayıb. Oyunçular yalnız klublarının, diplomatik kanalların və agentlərin köməyinə ümid etməlidirlər.

Qeyd edək ki, "Neftçi" Mamadu Kaneni "Olimpiakos"a satsa da, qvineyalı futbolçu icarə əsasında Azərbaycan çempionunun heyətində çıxış edəcək.


Etiketlər:  Neftçinin futbolçusu Qvineyada hərbi çevrilişə görə Bakıya qayıda bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ