Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan elminə ağır itki: koronavirus yenə can aldı

Azərbaycan elminə ağır itki: koronavirus yenə can aldı

Tarix: 7 Sentyabr 2021 10:16

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Ənvər Nəhmədovun ölüm səbəbi məlum olub.

Milli.Az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, akademik bir müddət əvvəl koronavirusa yoluxubmuş.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Ə.Nəhmədov Bakıda dəfn olunub.

Qeyd edək ki, Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib. Elə həmin il sentyabrın 1-də təyinatla AMEA-nın Fizika İnstitutunda akademik Firudin Həşimzadənin rəhbərlik etdiyi laboratoriyada əmək fəaliyyətinə başlayıb.

Ə.Nəhmədov 90-a yaxın elmi məqalə, o cümlədən "Aşağı ölçülü sistemlərdə aşqar və korrelyasiya effektləri" kitabının müəllifi olub.

Milli.Az


Etiketlər:  Azərbaycan elminə ağır itki koronavirus yenə aldı


RƏYLƏR