Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2021 13:14
Sosial şəbəkədə adı açıqlanmayan bir qız geyimi və yazdığı statusla hər kəsi təəccübləndirib.
Sonxeber.net lenta.ru-ya istinadən xəbər verir ki, qız əvvəlcə yaxın qohumunun cənazə mərasimi üçün bu paltarı geyinəcəyini bildirib. Bəlli olub ki, ölən də babasıdır.
"Babamın cənazə mərasimi var və bəli, bu paltarla ora gedəcəyəm. Başqalarının mənim haqqımda nə düşündükləri məni maraqlandırmır. Ən kədərli gündə belə, istədiyim kimi geyinməyə haqqım var. Üstəlik, babam sağ olsaydı, mənim görünüşümü bəyənərdi" deyib.
İnternet istifadəçiləri nəşrin altındakı şərhlərdə qızın davranışını tənqid ediblər. "Zibilsən, çünki öz babanın cənazəsində bu qədər diqqəti özünə cəlb etməyə çalışırsan", "Son vaxtlar insanlar başqalarına inanılmaz dərəcədə hörmətsizlik edirlər", "Sən dəhşətli bir insansan", "Bu sadəcə bir kabus" - yazıblar.
Kamran Seyidov