Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 10:50
ABŞ-ın keçmiş lideri Donald Tramp 2024-cü ildə - növbəti prezidentlik yarışında iştirak edəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.
Bildirilib ki, Tramp bu barədə yekun qərar verməyib, amma uyğun anda bunu ictimaiyyətə elan edəcək.
Nəşrdə vurğulanır ki, milyarder son zamanlar media məkanında öz təsirini gücləndirib və komandası siyasi reklamlar yerləşdirməklə hazırki prezident Co Baydenə hücum etməkdədir.
Trampın yaxın ətrafından verilən məlumata görə, koronavirusla bağlı vəziyyətin pisləşməsi və Əfqanıstandakı məğlubiyyət Trampın seçkilərdə iştirak marağını gücləndirib.