Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 16:32
Şirkət rəhbəri əvvəl Bakıda, sonra isə Şəmkir rayonunda turizm şirkəti adı ilə dələduzluq edib, saxta biletlər satıb. Bununla yanaşı, digər turizm şirkətlərini də aldadıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, söhbət "ArkanTur" adı altında fəaliyyət göstərən şirkət və onun rəhbəri Tünzalə Əliyevadan gedir.
10 ildir ki, Bakıda fəaliyyət göstərən və Şəmkir rayonunda yeni filial açmaq istəyən "Want Travel" şirkətinin rəhbəri Elmira Abdulova öyrənib ki, onun kirayə götürdüyü ofisdə daha əvvəl müştərilərə qarşı saxtakarlıq edən şəxs işləyib.
Maraqlıdır ki, sözügedən şəxs dələduzluq əməllərini təkcə bilet almaq istəyən müştərilərə qarşı yox, həm də turizm şirkətlərinə qarşı törədib. Elmira Abdulova isə artıq bu adamın əməllərindən ikinci dəfə zərər çəkir. Zərərçəkən vətəndaşların müraciətlərinə əsasən Tünzalə Əliyevaya qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülməsinə başlanıb.
Hazırda Tünzalə Əliyeva barəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: