Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FİFA-dan milliyə buraxılmayan futbolçulara qadağa

FİFA-dan milliyə buraxılmayan futbolçulara qadağa

Tarix: 8 Sentyabr 2021 19:42

FİFA bəzi İngiltərə klublarının braziliyalı futbolçuları meydana buraxmasına qadağa qoyub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu qadağa 5 gün müddətinə şamil olunacaq.

Belə cəza Braziliya Futbol Konfederasiyasının xahişi ilə gerçəkləşib. Buna səbəb Premyer Liqa klublarının oyunçularını yığmaya buraxmaqdan imtinası səbəb olub.

Cəza "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Çelsi" və "Lids"lə bağlıdır. Bu klublar 8 oyunçunun xidmətindən yararlana bilməyəcək. Bu baş versə, klublara daha ağır sanksiyalar tətbiq ediləcək.

Söhbət milliyə buraxılmayan oyunçulardan gedir. Onlar arasında Fabinyo, Alisson, Roberto Firmino ("Liverpul"), Rafinya Dias ("Lids"), Tyaqo Silva ("Çelsi") və Fred ("Mançester Yunayted") də var.

Konfederasiya "Everton"la bağlı şikayət etməyib. Buna Rişarilsonu seçmə oyunlarına göndərməyən klubun onu Olimpiya Oyunlarına buraxmasıdır.

Milli.Az


Etiketlər:  FİFA milliyə buraxılmayan futbolçulara qadağa


RƏYLƏR