Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanda sutka ərzində ikinci dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində ikinci dəfə zəlzələ olub

Tarix: 18 Avqust 2019 10:04

Bakı. Trend:

Qazaxıstanın cənub-şərqindəki Almatı vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:12 qeydə alınıb.

Bildirilir ki, saat 05:07-də Almatıdan 145 kilometr şimal-şərqdə 5,4 bal gücündə zəlzələ olub. Jarkent şəhərində MSK-64 şkalası üzrə 5 bal gücündə yeraltı təkanlar hiss olunub. Taldıkorqan və Satı qəsəbəsində isə 2-3 bal gücündə hiss olunub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qazaxıstanda sutka ərzində ikinci dəfə zəlzələ olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ