Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2021 12:15
"Dünyamız get-gedə cəhənnəmə dönür, insanlar zombiləşir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb. Aktrisa son günlər baş verən qətllərdən bəhs edib. O bildirib ki, bu cür xəbərlər onu depressiyaya salır:
"Oğru elə qışqırır ki, doğrunun bağrı yarılır. Həyatda çox pozitiv insan olmuşam, baxmayaraq ki, həyatım çətinliklərlə dolu olub. Amma buna "qismətim belədir" deyib, dözmüşəm. Bəlkə də onda dərdimi bölüşəcək insanlar var idi. İndi dünyamızın bu hala gəlməsi məni pərişan edir. Qətl, zorakılıq, etibarsızlıq, şantaj... Allah biz insanlara mərhəmət bəxş etsin. Etinasızlıq... Həyat eşqim sönür artıq".