Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibb işçilərinin sertifikasiyası çətinləşir? - VİDEO

Tibb işçilərinin sertifikasiyası çətinləşir? - VİDEO

Tarix: 10 Sentyabr 2021 14:10

Tibb işçilərinin sertifikasiya imtahanlarında yenilik olacaq. Belə ki, rezidentura üzrə 18 yeni ixtisas əlavə olunub. Artıq bu istiqamətdə sualların hazırlanmasına start verilib. Daha bir dəyişiklik isə şüa diaqnostikası ixtisası üzrə olacaq. Həkimlərə işlədikləri cihazlara uyğun suallar ünvanlanacaq.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, tibb işçilərinin sertifikasiyası imtahanlarında dəyişikliklər ediləcək. 

Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə XəzərXəbər-ə bildirib ki, Nazirlər Kabinetinin ixtisasların təsnifatında etdiyi müvafiq dəyişikliklərə əsasən, rezidentura üzrə  yeni ixtisaslar əlavə olunub.Mərkəzin rəhbəri qeyd edib ki, buna görə də yeni ixtisaslar üzrə imtahanların təşkil edilməsi zəruridir. 

Sertifikasiya komissiyasının yeniliyinə əsasən, şüa diaqnostikası ixtisası üzrə keçirilən imtahanlarda da dəyişiklik nəzərdə tutulub.Həmin imtahan iştirakçılarının tapşırıqları fərqli formatda hazırlanacaq. 

Sertifikasiya Mərkəzinin rəhbəri  bildirib ki, oktyabr ayında ali təhsil pilləsində baza ali tibb təhsilini bitirən, yəni internatura və ya rezidenturası olmayan həkim namizədlər üçün müvafiq olaraq müalicə işi, pediatriya , tibbi profilaktika  və stomatologiya ixtisasları üzrə imtahanların keçirilməsi planlaşdırılır. Murad Mirzəzadə əlavə edib ki, hazırda Sertifikasiya mərkəzində  imtahanlara hazırlıq təlimləri və sınaq imtahanları keçirilir.

Qeyd edək ki, 18 yeni ixtisas üzrə keçiriləcək imtahanların vaxtı hələ müəyyənləşməyib.


Etiketlər:  Tibb işçilərinin sertifikasiyası çətinləşir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ