Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2021 19:38
"Əfqanıstanda son 48 saatda 24 jurnalist saxlanılıb".
Sonxeber.net report-a istinadən bildirir ki, bu barədə "Sərhədsiz Reportyorlar" Təşkilatının Əfqanıstan üzrə məsul şöbəsi məlumat yayıb.
Şöbənin rəhbəri Reza Moini "Taliban"ın jurnalistlərə qarşı zorakılıq faktlarının sayının artması barədə həyəcan təbili çalıb.
"Saxlanılan mətbuat nümayəndələrindən ikisi vəhşicəsinə döyülüb", - məlumatda bildirilib.
Xüsusilə əyalətlərdə jurnalistika fəaliyyəti ilə bağlı böyük məhdudiyyətlərin olduğu vurğulanıb.
"Sərhədsiz Reportyorlar" məsələyə diqqətin artırılmasına çağırış edib.