Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Android 12-nin stabil versiyasının çıxışı bir qədər təxirə salınıb

Android 12-nin stabil versiyasının çıxışı bir qədər təxirə salınıb

Tarix: 11 Sentyabr 2021 08:12

Google şirkəti gözlənilmədən Android 12 əməliyyat sisteminin istifadəyə verilmə müddətində dəyişiklik edib. Belə ki, dəyişikliyə əsasən əməliyyat sisteminin dördüncü beta versiyası ilə final versiyasının arasına beşinci beta versiya əlavə edilib. Əvvəlki qrafikə əsasən Android 12 dördüncü beta versiyadan sonra bu ay rəsmi olaraq istifadəyə verilməli idi. Qeyd etmək lazımdır ki, yeni əməliyyat sisteminin dördüncü beta versiyası keçən həftə təqdim olunmuşdu. Beləliklə yeni qrafikə əsasən Android 12-nin stabil versiyası gələn ay istifadəyə veriləcək. Nəticədə bu ay Android 12-nin beşinci beta versiyası təqdim olunacaq. Bu cür dəyişikliyin nə ilə bağlı olduğu barəsində məlumat yoxdur. Məlumata əsasən Google şirkəti yeni Pixel 6 smartfon seriyasının təqdimatını da təxirə salacaq.


Etiketlər:  Android stabil versiyasının çıxışı qədər təxirə salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ