Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Tarix: 12 Sentyabr 2021 13:30

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, müğənninin avqustun 15-də "Taliban" Kabilə daxil olmağa başlayanda ilk qaçış cəhdi uğursuz olub.

Ertəsi gün şansını yenidən sınamaq istəyəndə "Taliban" hava limanını mühasirəyə alıb: "Nişanlım və menecerim Hasib Səid ikinci bir avtomobildə mənimlə əlaqə qurmağa çalışırdı. Ona məni sağ aparmaq istəsələr, başımdan vur dedim. Qorxduğum tək şey budur. Ölməkdən heç vaxt qorxmamışam. Hava limanına gedərkən tanımadığım bir uşağı qucağıma alaraq "Taliban" məntəqələrindən keçdim, üzümü örtdüm və normal bir ailəyə bənzəməyə çalışdım. Qucağımda tutduğum uşağa əgər bizi dayandırsalar, sənə anan olduğumu söyləyəcəksən dedim. İnsanlar hava limanında bir-birini itələyirdi, uşaqlar, körpələr var idi, qadınlar hava və yer çatışmazlığından huşunu itirmişdi".

A.Səidin sözlərinə görə, ABŞ əsgərləri Amerika vətəndaşlarına üstünlük verərək onun keçməsinə icazə verməyiblər, ancaq oradakı tərcüməçi nişanlısı Hasibi tanıyıb və əsgərlərə həyatı təhlükədə olan böyük bir ulduzun nişanlısı olduğunu söyləyib: "Beləliklə, təyyarəyə mindik. İlk olaraq Dohaya, Küveytə və ABŞ-a getdikdən sonra mənzilimizin yerləşdiyi İstanbula gəldik".

Pop ulduz "əfqan qadınlar 20 il əvvəlki qadınlarla eyni deyil" - qeyd edib.


Etiketlər:  Əfqan ulduz ölkədən qaçmasından danışdı başımdan amma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ