Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ƏDV üzrə öhdəlik hansı məbləğə görə yaranır?

ƏDV üzrə öhdəlik hansı məbləğə görə yaranır?

Tarix: 12 Sentyabr 2021 21:04

Bəzən mühasiblər əlavə dəyər vergisi (ƏDV üzrə) öhdəliyinin əsas məbləğə, yoxsa ƏDV depozit hesabına daxil olan məbləğə görə yarandığına aydınlıq gətirmək istəyirlər.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin iqtisadçı eksperti Cavid Vəlizadə mövzunu şərh edib.

Ekspert bildirib ki, Vergi Məcəlləsinə əsasən, ödəmə dedikdə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buradan aydın olur ki, ƏDV üzrə öhdəlik, ƏDV depozit hesabına daxil olan məbləğə görə deyil, əsas məbləğə görə yaranır.

Məsələn, "A" MMC-nin müştərisindən bank hesabına 1000 manat, ƏDV depozit hesabına 360 manat pul vəsaiti mədaxil olub. Bu zaman vergiödəyicisinin 180 manat (1000*18%=180) ƏDV öhdəliyi yaranır.


Etiketlər:  ƏDV üzrə öhdəlik hansı məbləğə görə yaranır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ