Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2019 08:40
Bakı. Trend:
Hindistanın mərkəzi Maharaştra əyalətində avtobusla baş verən qəzada ən azı 11 nəfər ölüb, 12-dən çox insan isə yaralanıb.
Trend-in məlumatına görə, qəza, bazar günü axşam saatlarında baş verib.
Avtobus Aurangabad şəhərindən Şəhada kəndinə gedirdi. Yolda avtobus yük maşını ilə toqquşub. Hadisə zamanı hər iki sürücü ölüb.
Yaralılar xəstəxanaya aparılıb.
DNA nəşri 13 nəfərin öldüyünü, daha 20 nəfərin yaralandığını bildirir. Nəşrin mənbələrinə görə, avtobusda 45 sərnişin olub.
Onlardan səkkizi ağır vəziyyətdə xəstəxanadadır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin