Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2021 07:26
Böyük Britaniya Səhiyyə Nazirliyi 12-15 yaş arası uşaqların yaxın gələcəkdə COVID-19-a qarşı peyvənd oluna biləcəklərini bildirib.
Bu barədə The Guardian qəzeti xəbər verib.
Məlumatda qeyd olunub: "Bu yaş qrupundakı bütün uşaqlara vaksinasiya xidmətinin əməkdaşları tərəfindən məktəblərdə keçirilən proqram vasitəsi ilə ən qısa müddətdə "Pfizer" peyvəndinin ilk dozası vurulacaq. Daha çox məlumat toplandıqdan sonra vaksinin ikinci dozası vurulacaq. Bu, yazdan tez olmayacaq".