Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2021 20:45
7 il birlikdə əl-ələ! İlin az qala hər gününə bir xatirə yazmışıq. Təkcə bir evi, bir süfrəni, eyni sevinci, kədəri deyil, bir taleyi paylaşmışıq. Bəzən susaraq danışmışıq, bəzən danışmadan anlaşmışıq...
Sonxeber.net xəbər verir ki, bu sözləri aparıcı Azər Süleymanlı instaqram hesabında yazıb.
Xanımını evliliklərinin 7 illiyi münasibətilə təbrik edən aparıcı sözlərinə belə davam edib: "Bu gün isə təqvimin ən şirin gününü yaşayırıq. Qulaqlarımızda vağzalı səsi, ürəyimizdə eyni həyəcan titrəməsi, çöhrəmizdə xoşbəxtliyin şəkli - evliliyimizin 7-ci ilinin tamamını yaşayırıq".