Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2021 08:21
Xəstənin nevroloji satusunu təyin etmək üçün aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:
1. Xəstənin şüurunun vəziyyəti (aydın, tutqun, ləng, koma)
2. Xəstənin görmə qabiliyyəti (D=S, D>S, D 3. Göz almasının müayinəsi (çəpgözlülük, diplopiya, gözün böyüməsi və s.)
4. Mimiki əzələlərin iflici ( gözün qapanmaması, yanağın tərpənməməsi, əzələ səyirmələri, dişlərin qıcanması, üzün asimmetriyası, burunətrafı bölgə əzələlərinin gərilməsi, qaşların yuxarı doğru dartılması)
5. Üz sinirində parezin olub-olmaması (üz əzələlərinin yana doğru dartılması, alında dərin qırışların əmələ gəlməsi, ağız küncünün yana doğru dartılması, qaşların duruşu, göz üstünün yuxarı doğru dartılması, göz almasının yanlara və ya yuxarıya doğru yönəlməsi)
6. Dilin müayinəsi (ortada duruşu, yuxarı qalxıb-qalxmaması, dil sinirində parezin olub-olmaması)
7. Nitqin müayinəsi (afaziya, dizartriya, nitqin pozulması)
8. Yaddaşın müayinəsi
9. Ürəkbulanma və ya qusmanın olması
10. Əzələ gücünün müayinəsi
11. Kordinat müayinələr (barmağı yuxarı, aşağı, yanlara doğru apararaq müayinə etmək, istiqamətlənməni təyin edib-etməməyi yoxlamaq)
12. Parez, iflic və pleqinin müayinəsi ( əl və ayaqların yanlara doğru hərəkəti, yuxarı və aşağı ətrafların hərəkəti)
13. Toxunma və ağrı hissiyyatının müayinəsi ( ağrı hissinin olub-olmaması, azalıb-çoxalması, hiperesteziya və s.)
14. Qıcolmaların müayinəsi (yerli və ya ümumi, tonik və ya klonik)
15. Patoloji əlamətlər ( spastik hemiparez, zədələnmə ocaqlarının olub-olmaması, müəyyən xəstəliklər zamanı barmaqların hərəkətlərini müayinə etmək). Müxətlif beyin xəstəlikləri zamanı əl, barmaqlar və dizlərdə müxtəlif patoloji əlamətlər meydana çıxır.
16. Həyat reflekslərinin müayinəsi ( artması - hiperresleksiya, azalması - hiporefleksiya).