Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səyyad Əlizadə komaya düşdü

Səyyad Əlizadə komaya düşdü

Tarix: 16 Sentyabr 2021 11:45

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin səhhəti ağır olaraq qalır.

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında sənətçinin oğlu Atabəy deyib. O bildirib ki, atasının ağciyərinin 80 faizi buzlaşıb:

"Atam oksigen aparatı vasitəsilə nəfəs alır. Vəziyyətində irəliləyiş yoxdur. Ağciyərinin 80 faizi buzlaşıb".

Atabəy deyib ki, anası Kəmalə Əlizadənin səhhəti yaxşılaşır.

Səyyad Əlizadənin qohumu Razim Qarayevisə açıqlamasında ifaçının komaya düşdüyünü söyləyib.

Qeyd edək ki, Səyyad Əlizadə bir neçə gün öncə koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Milli.Az


Etiketlər:  Səyyad Əlizadə komaya düşdü


RƏYLƏR