Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2021 15:18
Şuşa şəhəri 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı namizədliyinə təqdim edilib.
Sonxeber.net bildirir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov rəsmi "Twitter" hesabında paylaşım edib.
Nazir qeyd edib: "Özbəkistanın Xiva şəhərində TÜRKSOY-un 38-ci Nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi və mədəni abidələrin dağıdılması, Vətən müharibəsindən danışdım. Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı namizədliyini təqdim etdim".