Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2021 14:34
Xəbər verdiyimiz kimi, UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ" - "Bazel" oyunundan sonra baş məşqçi Qurban Qurbanov mətbuat konfransında masadakı pivə şüşələrinin götürülməsini istəyib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun istəyi yerinə yetirilib.
Lakin bildiyimiz kimi, UEFA qurumun sponsorlarının reklamına aid əşyaların masalardan avrokubok oyunları zamanı yığışdırılmasını qadağan edib. Qurbanovun addımından sonra "Qarabağ"ın cəzalanacağı düşünülür.
Amma UEFA-nın qaydalarında istisna hallar mövcuddur. Belə ki, qurumun qərarlarına əsasən dini inanclara görə sponsorlara qarşı hər hansı addım atılırsa, buna görə klub cəzalanmayacaq.
Bunu klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də saytımıza açıqlamasında təsdiq edib. O bildirib ki, "Qarabağ" buna görə cəza almayacaq.