Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günəş qaralmasını necə uzunömürlü saxlamaq olar?

Günəş qaralmasını necə uzunömürlü saxlamaq olar?

Tarix: 19 Sentyabr 2021 17:45

Bir çox insan tətildən qayıtdıqdan sonra əlavə qulluq prosedurları ilə yay müddətində əldə etdikləri bronzlaşmanın təravətini qorumağa çalışır.

Sonxeber.net Axşam.az-a istinadən uzunömürlü qaralma effektini saxlamaq üçün 8 qaydanı təqdim edir.

1. Ultra nəmləndirmə

Qalıcı bronzlaşmanın əsas qaydası nəmdir. Günəşdən zərər görən dərinin soyulmaması və canlılığını qoruması üçün hər gün bədəninizə nəmləndirici məhsullar tətbiq etməlisiniz. Günəş vannasından sonrakı məhsullar, bronzlaşdırıcı yağlar və təravətləndirici qulluq vasitələri dərini dəstəkləyən məhsullar arasındadır.

2. Bronz baxım

Klassik bədən nəmləndiricilərinizə əlavə olaraq qaralmağınızı dəstəkləyəcək və əlavə qulluq göstərəcək self-tanner və ya tan-enhancer özəlliyi olan məhsullardan da istifadə edə bilərsiniz. Bu yolla bədəninizin bronzlaşma keyfiyyəti solmayacaqdır.

3. Enerji bronzluq

İlk günkü kimi təzə və bərabər şəkildə bronzlaşmaq üçün pilinq mütləqdir. Qurudan və həddindən artıq nəticə verən məhsullar əvəzinə dərinizə daha yumşaq davranacaq və geridə enerjili, hamar bir qaralma buraxacaq quru fırça texnikasını sınayın.

4. Duş gellərinə əlvida deyin

Dərinizi qurudacaq duş gellərindən çəkinin. Nəmli dəri qüsursuz qaralma üçün mütləqdir. Cildi təmizləyən yağlar və soyuq su ilə yuyunaraq qaralma prosesində dərinizə yardımçı olun.

5. Bronz makiyaj

Üzünüz bədəninizdə diqqət çəkən ilk bölgədir. Üzünüzün günəş dəyən bölgələrinə harmoniya edici bronzlaşdırıcı ilə parlaqlığı makiyajınıza daşıyaraq tətildən yeni dönmüş kimi təəssüratını uzun müddət saxlaya bilərsiniz.

6. Kontrast rənglər

Geyim seçimi də bu prosesdə böyük əhəmiyyət kəsb edir. Dərinizlə ziddiyyət təşkil edəcək açıq, isti və ya parlaq rəngli parçalarla daha bronz cild illüziyası yaradın.

7. Parlaq yağlar

Kiçik bir toxunuşla qaralmağınızı vurğulaya bilərsiniz. Parlaq bədən yağları yalnız dərinizi nəmləndirmir, həm də əlavə ton və parlaqlıq qazandıraraq dərinizin daha cəlbedici olmasına imkan verir.

8. Bol su

Su dərinin ən böyük qida mənbələrindən biridir. Nəmin qaralma prosesindəki önəmini yuxarıda qeyd etmişdik. Bol su içərək daxildən də bronzlaşma mərhələsinə dəstək olaraq uzun müddət qalıcılıq əldə edə bilərsiniz.


Etiketlər:  Günəş qaralmasını necə uzunömürlü saxlamaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ