Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstraliyanın hava limanlarının fəaliyyətində nasazlıq yaranıb

Avstraliyanın hava limanlarının fəaliyyətində nasazlıq yaranıb

Tarix: 29 Aprel 2019 06:56

Bakı. Trend:

SmartGate avtomatik pasport yoxlama sisteminin nasazlığı bir sıra Avstraliya beynəlxalq hava limanlarında reyslerin gecikməsinə səbəb oldu.

Trend-in məlumatına görə, bu barədə ölkənin telekanalı SBS xəbər verir.

Avstraliyanın sərhəd xidmətinin açıqlamasında deyilir: "Xidmət zabitləri beynəlxalq terminallarda gələn və yola düşən sərnişinlərin pasportlarını yoxlama sistemində kompüter səhvini aradan qaldırmaq üçün çalışırlar. Reyslərin gecikməsini minimuma endirmək üçün əlavə əməkdaşlarımız göndərildi".

Telekanalın ələdə məlumatında əsasən, pasport yoxlama sistemində ciddi pozuntular Sidney, Brisbane və Melburn hava limanlarına təsir göstərmiş, burada uçuşların gecikmə müddəti 90 dəqiqədən çox təşkil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avstraliyanın hava limanlarının fəaliyyətində nasazlıq yaranıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ