Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2021 10:32
2023-cü ilin sonlarında ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Yerin təbii peykinə "Viper" roverini göndərəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Artemis" proqramı çərçivəsində gerçəkləşəcək missiyanın başlıca məqsədi Ayda su axtarışına çıxmaqdır.
NASA alimlərinin sözlərinə görə, Ayın daim kölgəli olan kraterlərində mayenin izlərini tapmaq ehtimalı mövcuddur. Belə ki, bu ərazilər Günəş sisteminin ən soyuq bölgələrindəndir.
Qeyd edək ki, missiyanın müddəti 100 gün olacaq.